Türkiyədə məscid imamı Dursun Kurunu oxla vuran Muhammed Fatih G. həbs edilib.
Teleqraf.com xəbər verir ki, şübhəli Muhammed Fatih G. İstanbuldakı "Necattin" məscidinin imamı Dursun Kuru ilə mübahisə edib. Mübahisədən sonra ibadət ocağından çıxan Mehmet Fatih G. bir müddət sonra əlində oxla geri qayıdıb və D.Kurunu vurub. İmam sağ çiynindən yaralanıb.
Hadisədən sonra Mehmet Fatih G. yaxınlıqda olanlar tərəfindən saxlanılıb. Hadisə yerinə polis və təcili yardım çağırılıb. D.Kuru xəstəxanaya yerləşdirilib.
Hücum edən Mehmet Fatih G. isə "yerinə yetirdiyi ictimai vəzifəsi ilə əlaqədar planlaşdıraraq şəxsi öldürməyə cəhd" maddəsi ilə həbs edilib.