Bakının Binəqədi rayonunda evdən külli miqdarda qızıl oğurlanıb.
Teleqraf.com xəbər verir ki, avqustun 30-da Bakı şəhər sakini Kamal Talıbova məxsus evdən 50.000 manat dəyərində qızıl əşyalar oğurlanması barədə Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Nicat Abbasov tutulub.
Hacı Zeynalov