15 Sentyabr 2016 15:44
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Asif Məmmədovun cinayət işi üzrə proses başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçən prosesdə hökm oxunub. Asif Məmmədov 8 il azadlıqdan məhrum edilib.

İstintaq və məhkəmə araşdırması zamanı zamində olan Asif Məmmədov məhkəmə zalında həbs edilib.

Asif Məmmədov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. O, etibardan sui-istifadə yoluyla vətəndaşların pulunu ələ keçərərək mənimsəyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər