Narkotik vasitələrin dövriyyəsində təqsirli bilinən Astara sakini, 1991-ci il təvəllüdlü Məhəmmədəli Axundzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Məhəmmədəli Axundzadə sаtış məqsədi ilə qаnunsuz şəkildə istintаqа məlum оlmаyаn vахtdа və mənbədən 146,611 qram tiryək əldə еdib. O, narkotik vasitəni üstündə sахlаyaraq dаşıyıb.
Məhəmmədəli Axundzadənin nаrkоtik vаsitələrin qаnunsuz dövriyyəsi ilə məşğul оlmаsı bаrədə məlumаt əsаsındа Dахili İşlər Nаzirliyinin Bаş Nаrkоtiklərlə Mübаrizə İdаrəsinin cənub bölgəsində rеgiоnаl şöbəsinin 22 dеkаbr 2015-ci il tаriхdə sааt 21 rаdələrində kеçirdiyi əməliyyаt-ахtаrış tədbiri nəticəsində Məhəmmədəli Ахundzаdə Аstаrа şəhəri, N.Nərimаnоv küçəsində sахlаnılıb.
Rеgiоnаl şöbədə üzərinə kеçirilən bахış zаmаnı 146,611 qrаm nаrkоtik vаsitə оlаn tiryək əynindəki gödəkçəsinin cibindən bir ədəd göy rəngli sеllоfаn bükümündə аşkаr еdilərək götürülüb.
Məhəmmədəli Axundzadə Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məhəmmədəli Axundzadə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Məhəmmədəli Axundzadə apelyasiya şikayəti verib. O, günühsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Onun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim İsmayıl Əhmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim kollegiyası Məhəmmədəli Axundzadənin apelyasiya şikayətini təmin etməyib.
Xatırladaq ki, Məhəmmədəli Axundzadə Azərbaycan İslam Partiyasının üzvü Rufulla Axundzadənin oğludur. Rufulla Axundzadə 2011-ci ildə saxlanılıb.
Astara rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində onun həyətindəki saxlanc yerindən 4 ədəd AKM markalı avtomat, 1 ədəd “Naqan” tipli tapança, avtomat silahlar üçün nəzərdə tutulan və içərisində patronlar olan 3 ədəd sandıqça, 5 ədəd F-1, 4 ədəd RQD-5 tipli əl qumbarası, 10 ədəd UZRQM tipli alışdırıcı, 2 ədəd trotil şaşkası, 491 ədəd patron, 7 ədəd CD formatlı disk və digər predmetler aşkar edilərək götürülüb.
Eyni zamanda, götürmə zamanı görülən təhlükəsizlik tədbirləri ilə əlaqədar 9 ədəd alışdırıcı və 1 ədəd RQD-5 tipli qumbara mütəxəssislər tərəfindən partladılıb.
Sonradan Rufulla Axundzadəyə Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.
Rufulla Axundzadə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov