Həbsdə olan ilahiyyatçı Ceyhun Cəfərov azadlığa buraxılıb.
Teleqraf.com-un məlumatına görə, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən və 1 il 7 ay həbsdə saxlanılan Ceyhun Cəfərovun barəsində həbs qətimkan tədbiri istintaq orqanının təqdimatı əsasında dəyişdirilib və o, həbsdən azad edilib.
Onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.
İslam Universitetinin müəllimi olan Ceyhun Cəfərov fars dilindən tərcümə ilə də məşğul olub.