12 Oktyabr 2016 09:02
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatalada ağır qəza baş verib.

Teelqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Zaqatala rayonu ərazisində, Zaqatala-Muxax yolunun 7-ci kilometrliyində “Vaz” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılmasında yol-nəqliyyat qəzasi baş vermişdir. Nəticədə sürücü 1990-cı il təvəllüdlü Rüstəmov Elvin Xəlil oğlu aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat edib.

Yanğınsöndürən-xilasedicilər vətəndaşın cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 03:19 da başa çatıb.​


Müəllif: