14 Oktyabr 2016 15:39
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən keçmiş məhkum, 1989-cu il təvəllüdlü Ayxan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçən prosesdə Ayxan Məmmədovun anket məlumatları dəqiqləşdirilib.

İşlə tanış olmadığını deyən prokuror vaxt istəyib. Bu səbəbdən məhkəmə iclası oktyabrın 17-dək təxirə salınıb.

Hadisə bu il fevral ayının 4-də Bakının Binəqədi rayonunda baş verib. Binəqədi qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Ayxan Məmmədov evinin həyətində arvadı Günay Məmmədovanın baş, sinə və kürək nahiyələrindən bir neçə bıçaq zərbəsi vurub. Günay Məmmədova Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

Daha sonra Ayxan Məmmədovu polis əməkdaşları saxlayıb.

Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Ayxan Məmmədov Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.

Ayxan Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda keçmiş deputat Gülər Əhmədova ilə onun arasında vasitəçi kimi iştirak edən Sevinc Babayevanın oğludur.

Sevinc Babayeva axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər