Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Fəxrəddin Rzayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmə Fəxrəddin Rzayevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Fəxrəddin Rzayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub. O, əvvəllər Yasamal rayon Məhkəməsinin hakimi olub. Vaxtından əvvəl hakimlik fəaliyyətinə xitam verilən Fəxrəddin Rzayev Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin icra şöbəsinin rəisi işləyib.
Həmin məhkəmə ləğv ediləndən sonra isə Fəxrəddin Rzayev işsız qalıb.
Hacı Zeynalov