8 Noyabr 2016 09:30
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində 30 yaşlı qadın intihara cəhd edib. Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Məshəti qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Elnarə Musazadə intihar etmək məqsədilə kimyəvi maddə qəbul edib. O, kəskin zəhərlənmə əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin orta- ağır olduğu bildirilir.

Məlumata görə, Elnarə Musazadə ailə münaqişəsi zəminində intihar etmək istəyib. Hadisədən əvvəl onun həyat yoldaşı ilə mübahisəsi olduğu qeyd edilir.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər