Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyatı hadisəsi törətməkdə təqsirləndirilən Orxan Heydərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim İradə Həsənzadənin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses noyabrın 24-də davam edəcək.
İttihama görə, hadisə bu il iyulun 15-də Xətai rayonunun Nobel prospektində baş verib. Bakı şəhər sakini Orxan Heydərov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Sənubər Qardaşxanovanı, onun azyaşlı oğlu Mehini və azyaşlı qızı Mələyi vurub. Hər üç piyada hadisə yerində ölüb.
Hacı Zeynalov