28 Yanvar 2017 15:42
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşkəsən rayonunda bir qrup şəxsə qarşı dələduzluq edən şəxsə cinayət işi başlanıb.

Teleqraf.com xəbər verir ki, Daşkəsən rayon polis şöbəsi əməkdaşlarının bir qrup sakinin müraciəti əsasında həyata keçirdikləri tədbirlər nəticəsində İlhamə Bayramova həbs edilib.

İlhamə Bayramovanın 2016-cı ilin aprel-oktyabr ayları ərzində həmyerliləri Xudayar Ələkbərovu, Aybəniz Vəliyevanı, Rüfət Məmmədovu və Nüşabə Məmmədovanı aldatdığı müəyyən edilib.

Onun zərərçəkmişlərdən ümumilikdə 6500 manat və 2000 ABŞ dolları, habelə qızıl əşyaları alması üzə çıxıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər