Ağcabədi rayonunda intihar hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb.
Kənd sakini, 1994-cü il təvəllüdlü Şəmistan Cəfərov özünü yaşadığı evin həyətində olan ağacdan asaraq ölüb. 23 yaşlı oğlanın hansı səbəbdən intihar etdiyi məlum deyil.
Daha bir intihar hadisəsi Ucar rayonunda qeydə alınıb. Rayonun Qaracallı kənd sakini, 1964-cü il təvəllüdlü Aidə Əbdürrəhmanova özünü asaraq ölüb.
Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov