Avtomobildə külli miqdarda aksiz markasız xarici markalı siqaret aşkar edilib.
Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Aksiz Baş Gömrük İdarəsinə aksiz markasız siqaretlərin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olub.
Məlumat əsasında idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən fevralın 16-da əməliyyat tədbirləri keçirilib.
Azərbaycan vətəndaşı Şahin Əliyevin idarə etdiyi “VAZ 21074” markalı, “90 LP 367” dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində saxlanılıb. Avtomobilə baxış zamanı külli miqdarda aksiz markasız xarici markalı siqaret aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
İlhamə ƏBÜLFƏT