28 Fevral 2017 11:05
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi (DGK) Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları külli miqdardagüclü təsiredici zəhərli maddə olan civə və həmin maddəni realizə etmək istəyən şəxsləri aşkar edib.

DGK-dan Teleqraf.com-a verilən məlumata görə, Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinə əvvəlcədən daxil olan məlumat əsasında Abşeron rayon polis şöbəsi əməkdaşları ilə birlikdə əməliyyat keçirib.

Əməliyyat nəticəsində Bakı-Sumqayıt yolunun 14-cü kilometrliyində yerləşən "Neapol" otelinin həyətində Azərbaycan vətəndaşı Əliyev Etibar Rza oğlu ümumi çəkisi 8830 qramolan civəni əməliyyat tədbirinə şərti alıcı qismində cəlb edilmiş gömrük əməkdaşına satmaq istəyərkən saxlanılıb.

Daha sonra əməliyyat tədbirləri davam etdirilib və Etibar Əliyevə civəni satması üçün təhvil verən Azərbaycan vətəndaşı Bayramov İlqar Bayram oğlu Bakı şəhəri, 20 Yanvar dairəsinin yaxınlığında saxlanılıb.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 240.2.1 maddəsi ilə ittiham elan edilib və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Hazırda qeyd edilən cinayətin törədilməsində iştirak edən digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətindəəməliyyat və istintaq tədbirləri davam etdirilir.


Müəllif:

Oxşar xəbərlər