13 Mart 2017 13:19
373
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Etibar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Etibar Əliyev barəsində 6 il 11 ay 22 gün müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Məhkəmə dövründə dəymiş ziyanı ödədiyi üçün onun barəsində Cinayət Məcəlləsi 70-ci (şərti məhkum etmə) maddəsi tədbiq edilib və 2 il müddətə sınaq müddəti seçilib.

Hakim bildirib ki, bu işlə bağlı Etibar Əliyevə şərti cəza verilib. Onun barəsində başqa cinayət işi üzrə istintaq aparılır və buna görə o, məhkəmədən azadlığa buraxılmayıb.

İttihama görə, Etibar Əliyev Rəsmi Əsədovdan iş düzəltmək adı ilə 11 manat pul alıb, ancaq verdiyə vədə əməl etməyib. Zərərçəkənin şikayəti əsasında Etibar Əliyev həbs edilib. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci ( külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi açılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər