Abşeron rayonunda yaşayış evinə basqın edən şəxs həbs edilib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Hökməli qəsəbəsində qeydə alınıb.
Qəsəbə ərazisində yaşayan Sahibə Mirzəyevanın evinə pəncərədən girən naməlum şəxs ona zor tətbiq edərək qızılların yerini deməsini tələb edib, lakin səs-küy yarandığından hadisə yerindən qaçıb.
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən ev sahibinin qohumu Səbuhi Həmidov saxlanılıb.
Hacı Zeynalov