Xaçmaz şəhərində yanğın hadisəsi qeydə alınıb.
Teleqraf.com-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evdə baş verib. Nəticədə evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.