Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 5-də və 26-da Nardaran qəsəbəsində baş verən hadisələrlə bağlı həbs edilən “Müsəlman Birliyi” təşkilatının sədri Taleh Bağırovun müavini Elçin Qasımov, Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Mayıl Bayramovun sədrlik etdiyi prosesə təqsirləndirilən şəxslərin vəkillərinin bəziləri gəlməyib.
Hakim bildirib ki, vəkillərin iştirakı olmadan proses davam etdirilə bilməz. Növbəti proses aprelin 14-nə təyin edilib.
Hacı Zeynalov