Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Lökbatan qəsəbəsində kafelərin birində qeydə alınıb.
Kafedə yeyib-içən Elxan Ağayev tanımadığı şəxslə mübahisə edib. Mübahisə zamanı həmin şəxs 41 yaşlı Elxan Ağayevi bıçaqlayıb.
Elxan Ağayev 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Hadisəni törədən şəxsin müəyyən edilərək həbs edilməsi istiqamətində Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri görülür.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov