14 İyul 2014 18:31
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda istintaq təcridxanasında nikah mərasimi baş tutub.

Teleqraf.com Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, 3 saylı Istintaq təcridaxanasında saxlanılan məhkum İsmayılov Vüqar Qədir oğlunun və yaxınlarının müraciəti əsasında Penitensiar xidmətin rəhbərliyi onun nikah mərasiminin keçirilməsi üçün müvafiq şərait yaradıb.

Bu gün təcridxananın inzibati binasında 4 saylı Bakı "AsanXidmət" mərkəzinin qeydiyyat şöbəsinin müdiri Rəşidə Məmmədova tərəfindən İsmayılov Vüqar Qədir oğlunun vətəndaş İbrahimova Firəngiz Arazi qızı ilə nikahı qeydə alınıb.


Müəllif: