Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Bakı şəhər sakinləri Emil Axundov və Aleksandr Yermakov tutulub.
Onlar rayon ərazisində 1 mağazadan məişət əşyaları, bir nəfərin cibindən mobil telefon, 2 evdən təmir-tikinti alətləri və velosiped oğurlamaqda, habelə 1 evdən oğurluğa cəhd göstərməkdə şübhəli bilinirlər.
Hər iki şəxs əvvəllər məhkum olunub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov