Teleqraf.com xəbər verir ki, həmin restoranda aşpaz işləyən qadına məxsus, içərisində 1200 manat pul, mobil telefon və sənəd olan çanta oğurlanıb.
Nərimanov rayon Polis İdarəsi 17-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Mirzə İsmayılov tutulub.
Ondan 0,264 qram heroin götürülüb. Mirzə İsmayılovun əvvəllərdə məhkumluq həyatı yaşadığı bildirilir.
Daha bir oğurluq hgadisəsi isə, Bakının Xəzər rayonu ərazisindəki mənzillərdən birində baş verib.
Evdən 570 manat, qızıl üzük və mobil telefon oğurlanması barədə 1-ci polis bölməsinə məlumat daxil olub.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Elnur İsgəndərov və Elgün Hidayətli tutulub.
Həbs olunan şəxslərin uşaqlıq dostları olduqları bildirilir.