Teleqraf.com xəbər verir ki, rayonun Ərkivan qəsəbəsindəki evə səhər saat 6.00-da pəncərədən maskalı naməlum şəxs girib.
O, bıçaqla ev sahibəsini hədələyərək pul verməsini tələb edib. Qadının səs-küy saldığını görən şəxs onu döyməyə başlayıb. Səsə gəlmiş ev sahibəsinin azyaşlı oğluna da rəhm etməyib, ona zərbə endirib, bıçaqla ədələyərək hadisə yerindən qaçıb.
Polisin keçirdiyi əməliyyat nəticəsində qəsəbə sakini Vurğun Rəhimov saxlanılıb. Onun əvvəllərdə məhkumluq həyatı yaşadığı bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurlu) maddəsi ilə cinayət işi başlanıb.