Bakının Suraxanı rayonunda oğurluq hadisələri törədən şəxsin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Asif Məmmədov tutulub.
O, cari ilin fevral-noyabr ayları ərzində rayon ərazisində 1 mağazadan tütün məmulatı, habelə 7 evdən pul, 40 metr elektrik naqili və məişət əşyaları oğurlamaqda şübhəli bilinib.
Asif Məmmədov əvvəllər məhkum olunub.