29 Noyabr 2017 15:44
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Narkotik vasitələtərin qanunsuz dövriyyəsində təqsirli bilinən Nida Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanın kasasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Elgiz Qəhrəmanın cəzası 3 ilə endirilib.

Elgiz Qəhrəman narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Elgiz Qəhrəmanın apelyasiya şikayəti təmin edilməyib.

Bundan sonra o, barəsində bəraət hökmünün çıxarılması barədə Ali Məhkəməyə müraciət edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər