9 Dekabr 2017 10:32
1 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirləndirilən Fəqan Nəsibov barəsində çıxarılmış hökmdən dövlət ittihamçısı apelyasiya protesti verib.

Teleqraf.com-un məlumatına görə, Bakı Apelyasiya Məhkəməsində ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı dekabrın 21-nə təyin edilib.

Fəqan Nəsibov əvvəllər Bənəqdi rayon Polis İdarəsində kapitan rütbəsi ilə çalışıb. Polis fəaliyyətindən ayrılandan sonra o, hüquqşünas kimi fəaliyyətini davam etdirib.

İttihama görə, Fəqan Nəsibov hüquqi nümayəndəsi olduğu şəxslərdən dələduzluq yolu ilə pul alıb.

Fəqan Nəsibov 2014-cü ildə də həbs edilib. O, metronun “Koroğlu” stansiyasının yaxınlığındakı körpüyə çıxaraq intihar etmək istəyib. Həmin vaxt dələduzluqda ittiham edilən Fəqan Nəsibov ittihamı qəbul etmədiyi üçün bu addımı atdığını deyib. Onun barəsində məhkəmə şərti cəza təyin edib.

Fəqan Nəsibov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə təqsirli bilinib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fəqan Nəsibovun barəsində 3 il sınaq müddəti təyin edilməklə, ona şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər