12 Dekabr 2017 15:00
1 355
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda voleybolçunu qətlə yetirməkdə ittiham olunan Qazax rayon sakini Namiq Vəkilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, bu il fevralın 24-də Hövsan qəsəbə sakini, 1963-cü il təvəllüdlü Morozova Anjelika Vasilyevnanın yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilib.

Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin mərhumun tanışı, 1985-ci il təvəllüdlü Namiq Vəkilov tərəfindən törədildiyi müəyyən edilib. O, hadisədən bir gün sonra Qazax rayonu ərazisində tutularaq istintaqa cəlb olunub.

Məlum olub ki, Namiq Vəkilov fevralın 24-də Anjelika Morozovanın yaşadığı Hövsan qəsəbəsindəki evinə gəlib. Onların arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı Namiq Vəkilov Anjelika Morozovanın başına torba keçirərək onu boğub.

Qeyd edək ki, Anjelika Morozova tək yaşayıb, qapalı həyat tərzi sürüb. Morozova voleybolçu olub.

Namiq Vəkilov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Məhkəmə baxışı dekabrın 19-na təyin edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər