23 Dekabr 2017 14:14
1 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda şantajla məşğul olan şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Cəlilabad rayon polis şöbəsinə müraciət edən Göytəpə şəhər sakini O.A. cari il noyabrın 29-dan dekabrın 21-dək olan müddətdə Tural adlı şəxs tərəfindən şantaj olunduğunu bildirib.

Tural O.A.-nın güc strukturlarından çalışan vəzifəli qohumunun onda səsyazısı olduğunu deyib, həmin səsyazısını yaymaqla hədələyib, 200 manat tələn edib.

Həyata keçirilmiş tədbirlərlə Tural Məmmədov 200 manatı alarkən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182.4-cü (hədə-qorxu ilə tələbetmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər