Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə polis şöbəsi əməkdaşları tərəfindən cibgirlərə qarşı xüsusi əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Dilrubə Sadətdinli, Neftçala rayon sakini Fatimə Yunusova və Bərdə rayon sakini Nigar Vəliyeva metronun “Elmlər Akademiyası” və “Həzi Aslanov” stansiyalarında pul və sənədləri olan pulqabılarının oğurlanmaları barədə polisə məlumat veriblər.
Əməliyyat-axtarış tədbirləri ilə cinayətin üstü qısa vaxtda açılıb və bu əməlini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Araşdırmalarla onun Xırdalan şəhər sakini Hüseyn Quliyev olması müəyyən edilib.