Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində oğurluq olub.
Teleqraf.com xəbər verir ki, dayanacaqlardan birində şəhər sakini Yusif Salmanov içərisində 470 manat, sənəd və məişət əşyası olan sellofan torbasının oğurlanması barədə 4-cü polis bölməsinə müraciət edib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Nuru Həsənov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.