Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində avtobus dayanacaqlarından birində 1992-ci il təvəllüdlü Şahmar Nəsirov Salyan rayon sakini Mirəli Əhmədovla əlbəyaxa dava edib.
Həmin şəxs Şahmar Nəsirovu bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.
22-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Şahmar Nəsirovu bıçaqlayan Salyan rayon sakini, 1998-ci il təvəllüdlü Mirəli Əhmədov həbs edilib.
Dindirilmə zamanı Mirəli Əhmədov törətdiyi cinayəti etiraf edib. Bildirib ki, Şahmar Nəsirovla dost olublar. Onun sözlərinə görə, Şahmarı valideynlərini təhqir etdiyi üçün bıçaqlayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.