Bakıda peşəkar güləşçi olan dostunu qətlə yetirməkdə təqsirləndirilən Loğman Alıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, Loğman Alıyev peşəkar güləşçi olan dostu Elçin Tapdıqovu bıçaqlayaraq öldürüb.
Məlum olub ki, tərəflər arasında daha əvvəl də problemlər olub.
İttihama münasibət bildirən Loğman Alıyev özünü qismən təqdirli bilib. Qeyd edib ki, onu öldürmək niyyəti olmayıb. Vurduğu şəxsin yanında başqaları da olub və onu döymək istəyiblər. O da özünü müdafiə etmək üçün Elçini vurub.