1 Fevral 2018 22:24
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda bıçaqlanma baş verib.

Teleqraf.com-un məlumatına görə, Zərdabi küçəsində 1989-cu il təvəllüdlü Şahnur Babazadəni yaşadığı evin həyətində əri bıçaqlayıb.

6 bıçaq xəsarəti alan yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, hadisə ər-arvad arasında ailə münaqişəsi zamanı baş verib.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov