9 Fevral 2018 13:52
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, onlar şəhər sakinləri, əvvəllər məhkum olunmuş iki qardaş - Seymur və Kəmaləddin Talıbovlardır.

Baxış zamanı Seymurdan 120 qram, qardaşından isə 114 qram tiryək aşkar edilib.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi və Səbail rayon Polis İdarəsinin Seymur Talıbovun ətrafında apardığı əməliyyat tədbirləri ilə sonuncunun törətdiyi digər cinayət əməllərinin də üstü açılıb.

Onun paytaxtın Badamdar qəsəbəsində yaşayan əcnəbi vətəndaşın mənzilindən 2 noutbuk, proyektor, 2 “TV-resiver”, 1 vebkamera, 2 domofon, 2 videokamera və 1 çanta oğurladığı müəyyən edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər