Ağdam rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Ağdam rayon Sarıcalı kənd sakini Ramil Zülfəliyev Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzinə müraciət edib.
O, müraciətində otlaq sahəsindən 6 baş inəyinin oğurlandığı barədə məlumat verib.
Məlumatla əlaqədar Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat qrupu yaradılıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Araşdırmalarla onun Ağdam rayon Quzanlı kənd sakini, əvvəllər məhkumluğu olan Rafiq Xəlilov olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.