9 Aprel 2018 12:49
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə külli miqdarda psixotrop maddə gətirməkdə təqsirli bilinən Ələkbər Məmmədov, Şəmistan Mustafayev və Cəlal Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

O, Ələkbər Məmmədovun 10 il, Şəmistan Mustafayevin 8 il, Cəlil Qasımovun isə 7 il müddətinə azadlıqdan məhrum edilmələrini təklif edib.

Növbəti proses aprelin 16-da davam edəcək.

İttihama görə, Ələkbər Məmmədov, Şəmistan Mustafayev və Cəlal Qasımov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 2017-ci il martın 15-də həbs ediliblər.

Araşdırma zamanı onlar Türkiyədən külli miqdarda psixotrop maddə olan MDMA həbi, habelə külli miqdarda güclü təsiredici “Preqabalin” maddəsi gətiriblər.

Onların narkotik tərkibli maddələri uşaq oyuncaqlarının içində ölkəmizə keçirməyə cəhd göstərmələri də müəyyən edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər