Abşeron rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Mehdiabad qəsəbəsindəki yeni yaşayış massivində Əfsanə Ağayevanın evindən oğurluq edilib.
Zərərçəkmiş Abşeron rayon Polis İdarəsinə müraciətində bildirib ki, oğurluq hadisəsi evdə olmadığı vaxt baş verib.
Şikayətçinin sözlərinə görə, evindən 10 min manat dəyərində qızıl-zinət əşyaları və 1200 manat pul oğurlanıb.
Oğurluğu törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması üçün əməliyyat tədbirləri keçirilir. Faktla bağlı cinayət işi başlanıb.