Bakının Yasamal rayonunda oğurluq olub.
Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakini rayonun A.Salamzadə küçəsində “Toyota” markalı avtomobilinin şüşəsinin sındırıldığını, 500 manat dəyərində qızıl boyunbağısının oğurlandığını bildirib.
Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Rüstəm Rüstəmov olduğu müəyyən edilib.
Onun ötən il dekabrın 29-da və cari il aprelin 7-də eyni üsulla rayon ərazisində “Porche” markalı avtomobildən 20.000 ABŞ dolları, “Hyundai” markalı avtomobildən isə 670 manat və 2 ədəd eynək oğurladığı da müəyyən edilib.