Bakının Qaradağ rayonunda bıçaqlanma baş verib.
Teleqraf.com xəbər verir ki, Lökbatan qəsəbəsində 1989-cu il təvəllüdlü Ramin Nəbiyev tanıdığı şəxslə əlbəyaxa dava edib.
Nəticədə o, bud nahiyəsindən bıçaqlanıb.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Ona tibbi yardım göstərilib, vəziyyətini ağır olduğu bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.