12 Avqust 2014 14:05
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayonunun Karrar kəndində yanğın hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, kənd sakini Azay Abdurrəhmanova məxsus 4 otaqlı evdə yanğın baş verib.

Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, ev sahibinin arvadı Zəminə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Hacı Zeynalov


Müəllif: