21 İyun 2018 13:21
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qətl törətməkdə təqsirləndirilən Rəşad Həsənov və Aftandil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Rəşad Həsənov 17 il, Aftandil Məmmədov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən il iyulun 3-də Nəsimi rayonunda baş verib. Memarlıq və İnşaat Universitetinin tələbəsi Samir Mehdiyevin üzərində zorakılıq əlamətləri olan meyiti rayonun Fikrət Əmirov küçəsində aşkar edilib.

Qətli törədən Bakı sakini Rəşad Həsənov və Ağstafa rayon sakini Aftandil Məmmədov həbs edilib. Tələbəni öldürən hər iki şəxsin əvvəllər məhkumluq həyatı yaşadıqları məlum olub.

Samir Mehdiyev həmin ərazidə tikinti şirkətlərindən birinin tikdirdiyi binada gözətçi işləyib. Gecə saatlarında Rəşad Həsənov və Aftandil Məmmədov tikinti materialları oğurluğuna gəliblər. Samir Mehdiyev oğurluğun qarşısını almaq istəyib.

Onların arasında mübahisə yaranıb və oğrular Samir Mehdiyevi döyərək öldürüblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər