14 İyul 2018 09:14
1 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda təqsirləndirilən Rövşən Qəmbərovun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Rövşən Qəmbərovun apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.

Məlum olub ki, Rövşən Qəmbərov barəsində olan hökmün ləğv edilməsini, ona bəraət verilməsini istəyib.

Növbəti proses iyulun 19-da davam edəcək.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Qəmbərov 8 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.

Zamində olan Rövşən Qəmbərov barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs olunub.

Cinayət işi üzrə zərərçəkmişlərin təqsirləndirilən şəxsə qarşı mülki iddiası təmin edilib.

İttihama görə, Rövşən Qəmbərov zərərçəkmiş Ceyhun Bayramovdan 115 min dollar alıb. O, həmin vəsaitə Birləşmiş Ərəb Əmirliklərindən "LG" markalı kondisioner gətirərək, "Sədərək" Ticarət Mərkəzində satacağına söz verib.

Rövşən Qəmbərov digər zərərçəkən Afiq Qafarovdan da eyni vədlə 54 min 987 manat alıb.

Rövşən Qəmbərov özünü təqsirli bilməyib və pulu faizə aldığını, artıqlaması ilə qaytardığını deyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər