25 İyul 2018 21:14
2 827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda 19 yaşlı Laxmi Bai adlı qız başqa kastadan olan oğlanla evlənmək üçün evdən qaçıb.

Teleqraf.com xəbər verir ki, onun 52 yaşlı atası Lal Yadav qızını taparaq diri-diri yandırıb.

Rajkumar adlı oğlanla sevgili olan Bai evlənmək üçün atasından icazə istəyib. Amma ata oğlanın başqa kastadan olduğunu bildirərək evliliyə qarşı çıxıb.

Evdən qaçmaq istəyən qızını tapan ata onun üzərinə benzin tökərək yandırıb. Səsə gələn qonşular Bainin həyatını xilas edə bilməyiblər.

Polis atanı və onun böyük qızını saxlayıb.

Fakt üzrə araşdırma aparılır.


Müəllif: Ruslan

Oxşar xəbərlər