20 Avqust 2018 15:58
1 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Əfqan Muxtarlı barəsində olan məhkəmə qərarından kasasiya şikayəti verib.

Teleqraf.com xəbər verir ki, Əfqan Muxtarlının şikayəti araşdırılması üçün Ali Məhkəmədə hakim Fərhad Kərimovun icraatına verilib.

İlkin baxış iclası sentyabrın 18-nə təyin edilib.

Qeyd edək ki, Balakən rayon Məhkəməsinin hökmü ilə Əfqan Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən apelyasiya şikayəti verib, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə Əfqan Muxtarlının şikayəti təmin edilməyib.

İttihama görə, Əfqan Muxtarlı ötən il mayın 29-da saat 22.40-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuzkeçmə), 206-cı (Qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər