21 Sentyabr 2018 10:25
2 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arvadını bıçaqlamaqda təqsirləndirilən 1989-cu il təvəllüdlü Ayxan Məmmədov barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan prosesdə iş üzrə ekspertiza təyin edilib.

Bu səbəbdən proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ayxan Məmmədovun 15 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Ayxan Məmmədov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Bir müddət əvvəl Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Ayxan Məmmədovun şikayətini təmin etməyib.

Bundan sonra Ayxan Məmmədov işinə yenidən baxılması üçün Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmədə işə baxan hakim heyəti onun kasasiya şikayətini təmin edib və Bakı Apelyasiya Məhkəməsinin qərarını ləğv edib və işin yenidən apelyasiya instansiyasında araşdırılmasına qərar verilib.

Ayxan Məmmədovun barəsində olan cinayət işi üzrə material yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Apelyasiya şikayətinin yenidən araşdırılması hakim Əmir Bayramovun icraatına verilib.

İttihama görə, hadisə 2016-cı ilin fevralın 4-də Binəqədi rayonunda baş verib. Binəqədi qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Ayxan Məmmədov həyətdə arvadı Günay Məmmədovanın baş, sinə və kürək nahiyələrinə bir neçə bıçaq zərbəsi vurub.

Günay Məmmədova Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. Ayxan Məmmədovu polis saxlayıb. Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

O, Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.

Ayxan Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda keçmiş deputat Gülər Əhmədova ilə rektor arasında vasitəçilik edən Sevinc Babayevanın oğludur.

Sevinc Babayeva “İnterpol” xəttiylə axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərindəki hospitallardan birində ürək xəstəliyindən vəfat edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər