Lənkəran Rayonlararası Onkoloji Dispanserinin baş həkimi Əli Əliyev və daha 8 nəfərin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, Əli Əliyev və daha 8 nəfərin işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hazırlıq iclası sentyabrın 27-nə təyin edilib.
Qeyd edək ki, Əli Əliyev və onunla birlikdə mühakimə olunanların barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması) maddəsi ilə ittiham elan edilib.
İttihama görə, Əli Əliyevlə birlikdə mühakimə olunanların bir neçə həkimdir.
Dəstə üzvlərinin sayı 8 nəfərdir.