Bakıda xadiməyə təcavüz etməkdə təqsirli bilinən Şamil Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Şamil Nağıyev 4 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Şamil Nağıyev “Xan” restoranında ofisiant kimi çalışıb. O, həmin restoranda qabyuyan Səidə Məmmədovanı (ad və soyad şərti verilib – red.) zorlamağa cəhd edib.
Zərərçəkmişim şikayəti əsasında Şamil Nağıyev həbs edilib.