25 Avqust 2014 11:59
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayonunda özünü jurnalist kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Biləsuvar rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, Fikrət Abbaszadə Biləsuvar rayon sakini Ceyran İslamovanın pozulmuş hüquqlarını bərpa etmək adı ilə onun 160 manat pulunu mənimsəyib.

Fikrət Abbaszadə daha sonra özünü jurnalist və insan hüquqlarının müdafiəçisi kimi təqdim edərək Biləsuvar və Saatlı rayonlarında vətəndaşları aldadaraq onları işə düzəldəcəyinə, pozulmuş hüquqlarını bərpa edəcəyinə və boşanmış ailələrə hüquqi yardım göstərəcəyinə söz verib və külli miqdarda pul alıb.

Həbs olunan zaman Fikrət Abbaszadənin üzərindən “Tolerant Azərbaycan” qəzetinin və İnsan Hüquqları Müdafiə Mərkəzinin vəsiqələri aşkarlanıb. O, əvvəllər də törətdiyi analoji cinayət əməlinə görə 4 il azadlıqdan məhrum edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər