20 Noyabr 2018 07:21
413
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki rayonunun “Əyriçay” adlanan ərazisində oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Cuma kənd sakini Hamlet İsmayılova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Baş Layısqı kənd sakini Şamxal Hüseynov və Şin kənd sakini Famil Məhərrəmov saxlanılıblar.


Müəllif: Hacı Zeynalov