23 Noyabr 2018 14:58
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış hüquqşünas Aslan İsmayılovun məhkəmə prosesi yekunlaşıb.

Binəqədi Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hüquqşünas bir il islah işlərinə cəlb olunma cəzası alıb.

aEyni zamanda, A.İsmayılovun qazancının 20%-nin tutulması və onun 1500 manat məbləğində cərimə olunması barədə qərar da var.

Qeyd edək ki, hüquqşünas Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunurdu. İttihama görə, A.İsmayılov 2017-ci ilin oktyabrında Binəqədi Rayon Məhkəməsində qapını çırpıb, məhkəmə zalındakı divarın suvağını dağıdıb, səs-küy salıb iş prosesini pozmaq istəyib. İstintaq və məhkəmə dövrü üçün onun barəsində başqa yerə getməmək haqda iltizam-qətimkan tədbiri seçmişdi.

Onu da xatırladaq ki, bu, A.İsmayılovun ilk cəzası deyil. Bundan öncə Səbayel Rayon Məhkəməsi iş adamı Mürvət Həsənlinin şikayəti əsasında onun qazancından 15% dövlət nəfinə tutulmaqla, hüquqşünasın 1 il 6 ay müddətinə islah işlərinə cəlb edilməsi barədə qərar çıxarıb. Həmçinin o, 1500 manat cərimə olunub.

Eyni zamanda, Səbayel Məhkəməsi Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin şikayəti əsasında onu 1500 manat cərimələyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər